Ermənistanda deputat köməkçisi həbs edildi

23 May 2018 16:54

Ermənistan Respublikaçılar Partiyasından olan deputat Miqran Poqosyanın köməkçisi həbs olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, deputat mayın 23-də jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib.

Deputatlın köməkçisi aprel-may aylarında Ermənistanda keçirilən etiraz yürüşü zamanı aksiya iştirakçılarının avtomobilinə hücum etməkdə ittiham olunub. 

Milli.Az