Urumçidən uçan təyyarə geri qayitdi - SƏBƏB

23 May 2018 12:39

Çinin "Xiamen Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Urumçi şəhərində təcili məcburi eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, pilotların belə qərar qəbul etməsinə səbəb təyyarədə yaranmış mexaniki nasazlıq olub.

Aviaşirkətdən verilən məlumata görə, Urumçidən Tszinyana uçan MF8268 reysi yarı yolda geri qayıtmağa məcbur olub.

Hadisə zamanı təyyarənin göyərtəsində olan 144 sərnişindən xəsarət alan olmayıb.

Aviaşirkətdən bildirilib ki, təyyarə hazırda yoxlanılır, sərnişinlərin isə uçması üçün başqa təyyarə hazırlanır.

Milli.Az