Nəhəngin dişini mişarla kəsdilər - FOTO

27 Avqust 2011 18:57
Milli.Az xəbər portalı "Nature"a istinadən bildirir ki, Puerto-Rikodakı "Bayamon" zooparkında saxlanan 39 yaşlı Tomi adlı begemotun dişləri ağrıyır. Daha doğrusu, qoca nəhəngin alt cəhəngindəki dişlər əyildiyindən o, son günlər yemək yemir, sürətlə arıqlayırdı.

Şimali Karolina zooparkının baş baytar həkimi Mayk Lumis də begemotun dadına çatıb, ona müvafiq stomatoloji prosedurlarla kömək edib.

Tomi çox böyük olduğundan, onun dişlərini anesteziyasız müalicə ediblər.

Begemotun ağzına taxta parçası salandan sonra onun alt dişlərindən birini kəsiblər.

Milli.Az