Azərbaycan rejissoru Federiko Fellini adına mükafata layiq görülüb
31 Mart 2010 15:34
Nəticələr mart ayının 26-da açıqlanıb. Səfərdən yenicə qayıdan filmin rejissoru Elçin Musaoğlu məşhur İtaliya kinorejissoru Federiko Fellini adına mükafata layiq görülüb.
Bu barədə Milli.Az xəbər portalına "Ritm production" kino şirkətinin direktoru Xaqani Həşimov məlumat verib. X.Həşimovun sözlərinə görə, həmin ərəfədə dünyanın bir çox kütləvi informasiya vasitələrində film haqqında maraqlı məqalələr dərc olunub. Hollivudda çap olunan məşhur "Variety" kino jurnalınının əməkdaşı Peter Debruge filmi vaxtilə dünya kinosunda sensasiya yaratmış Italiya neorealizmi ilə müqayisə edib.
Xədicə
Milli.Az