Ərin qatillərini arvadın gözü qarşısında asdılar - FOTO

27 Avqust 2011 13:51
Seyşel adalarında köpəkbalıqları turistlərə hücum etməyə davam edir.
Britaniyalı turist Yan Redmont da belə ikimetrlik köpəkbalığının hücumuna məruz qalmışdı. Yan sudan tez çıxarılsa da, aldığı yaralardan dünyasını dəyişmişdi.

Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, 30 yaşlı Redmont arvadı ilə birlikdə Praslen adasına yollanaraq dünyanın ən yaxşı çimərliklərindən biri sayılan Ans Lasioda dincəlmək istəyirdi.
Praslen adasının şimal-qərb hissəsində yerləşən Ans Lasio çimərliyi mərcan rifləri ilə okeandan "qorunmadığı" üçün köpəkbalıqları buraya dadanıblar.

Yerli sakinlər isə Yan Redmontla yanaşı, 30 yaşlı fransız turist Nikolya Virolu parçaladıqlarını güman etdikləri iki köpəkbalığını tutaraq sahildəki ağacdan asıblar.

Köpəkbalıqların asılmasına mərhum Yanın arvadı, 27 yaşlı Cemma da tamaşa edib.
Seyşel polisinin təmsilçisi Jan Tussanın dediyinə görə, sahilin yaxınlığında sürəkli üzən bu balıqların turistlərin qatilləri olduqları şübhə doğurmur.

Milli.Az