"Roma"nın futbolçusu mundiala aparılmadı, karyerasını başa vurdu

21 May 2018 18:54

"Roma"nın yarımmüdafiəçisi Raca Naynqqolan Belçika millisində çıxışını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı havbek qərarını İnstagram hesabından açıqlayıb.

"Həvəssiz elan etməliyəm ki, milli karyeramı başa vurdum. Ölkəmi layiqincə təmsil etmək üçün bacardığımı etmişəm. Təəssüf ki, bəziləri sənin özün olmaq cəhdlərini xoşlamaya bilir.Bu gündən başlayaraq Belçika millisinin əsas azarkeşi olacam" - Naynqqolan yazıb.

Qeyd edək ki, futbolçunun adı Belçikanın DÇ-2018 üçün nəzərdə tutulan ilkin heyətinə daxil edilməyib.

Milli.Az