"Facebook"un öz "Xaç atası" olacaq

26 Avqust 2011 19:31
Sosial şəbəkələr üçün oyunlar istehsalçısı kimi tanınan "Kabam" şirkəti "Paramount Pictures" kinostudiyasndan, əfsanəvi "Xaç atası" filmindən "virtual aləm"in yaradılmasında istifadə edilmək üçün lisenziya haqqı alıb.

Milli.Az xəbər portalı "Techno Crunch"a istinadən bildirir ki, 1930-cu illərin Amerikasının kriminal aləmi "Facebook" üçün nəzərdə tutulmuş "Xaç atası: beş ailə" (The Godfather: Five Families) "geri dönəcək".

Oyunçular pul və nüfuz uğrunda 5 kriminal qruplaşma ilə mübarizə aparacaq, habelə öz mafioz ailəsinin "don"u olmağa çalışacaqlar.

"Facebook" üçün yeni sosial oyunun beta-testlərinə qatılmaq istəyənlər elə indi "Kabam"ın saytında qeydiyyatdan keçə bilərlər.

Milli.Az