İtalyan əfsanəsi yenidən Seriya A-da - VİDEO - FOTO

19 May 2018 11:24

İtaliya Seriya B-nin 42-ci turunda səfərdə "Parma" "Spesiya"nı 2:0 hesabı ilə məğlub edib.

Milli.Az xəbər verir ki, bu qələbə ilə də "sari-mavi"lər yenidən Seriya A-ya qayıtmağı bacarıb.

3-cü yerdə yerləşən "Krotone" ilə xalları bərabər olan "Parma" rəqibini digər göstəricilərdə üstələyib və yuxarı divizyona qalxmağı bacarıb.

Qeyd edək ki, daha öncə Seria A-ya çıxışını təsdiqləyən komanda "Empoli" olmuşdu.

Xatırladaq ki, 2015-ci ildə "Parma" müflis olmuş və əsas liqadan 4-cü liqaya düşmüşdü. Daha sonra isə "sarı-mavi"lər 3 mövsüm ard-arda öz əvvəlki yerini qaytarmaq üçün mübarizə aparıb.

1913-cü ildə yaranan "Parma" Buffon, Türam, Kannavaro və Krespo kimi əfsanəvi oyunçuları dünya futboluna tanıdıb.

Adil Nəcəfov
Milli.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

İtalyan əfsanəsi yenidən Seriya A-da