İsrail aeroportunda reyslər gecikir - Yanğın olub

18 May 2018 16:34

Tel-Əviv aeroportunda reyslərin həyata keçirilməsində gecikmələr yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb aeroportun yerləşdiyi rayonun ərazisində baş vermiş yanğın olub.

David Ben-Qurion adına aeroport yaxınlığında quru otların yanması nəticəsində güclü tüstülənmə baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Meteoroloqlar isə İsraildə artıq bir neçə gündür ki, davam edən isti-quru havanın hələ davam edəcəyini proqnozlaşdırıblar.

Milli.Az