“Dedi ki, xalamın evinə girək” - Qohumunun evini soyan şəxs - VİDEO - FOTO

18 May 2018 16:50

Biləsuvarda mənzildən 4650 manat, 500 ABŞ dolları və müxtəlif qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, belə ki, Biləsuvar Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Biləsuvar sakinləri, ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Azər Quliyev və tanışı Ramiz Talıblı olduqları məlum olub. Törətdikləri cinayət əməlini etiraf edən şəxslər həmin qızılları Bakı şəhərindəki lombardlardan birinə verərək pul götürdüklərini bildiriblər.

Ramiz Talıblı (saxlanılan şəxs): "Dedi ki, pul lazımdır, gedək xalamın evindən götürək. 6 min pul idi, 3 min mənə düşdü".

Azər Quliyev (saxlanılan şəxs): "3 min Ramizə verdim, 3 min mənə qaldı. Dedim ki, qızılları yerinə atacam. Qızılları aparıb lombarda qoydum və 3 min götürdüm".

Azər Quliyevin rayonun Bağbanlar kəndindəki bir evdən 700 manat dəyərində məişət əşyaları oğurladığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: