20 yaşlı tələbə qız tualetdə sevgilisindən uşaq dünyaya gətirdi - Hamilə olduğumu bilmirdim - FOTO

18 May 2018 16:42

İstanbulun Şişli rayonunda 20 yaşlı tələbə qız qarın ağrısı şikayəti ilə getdiyi xəstəxanın tualetində doğuş edərək, uşağı çantaya atıb, gizlətməyə çalışanda ələ keçib. 

Milli.Az Sabah-a istinadən xəbər verir ki, gənc qızın "Öz körpəsini öldürməyə təşəbbüs" əməlinə görə 20 ilə qədər həbsi istənilir.

Təqsirləndirilən qız ifadəsində "Son ana qədər hamilə olduğumu bilmirdim, uşağı görəndə şok oldum" deyib.

B.H. sevgili olduğu Burak H.-dan hamilə qalıb. 

Gənc qız ifadəsi zamanı uşağı öldürmək kimi bir fikrinin olmadığını qeyd edib:

"Körpəmi öldürmək məqsədim olmayıb. Balamdan 10 aydır ayrıyam. Uşağın atası ilə həbsxanada olduğum zaman evləndik. Ərim Burak da uşağı qəbul edib".

Uşağın atası Burak H. da "İdmançıyam, tələbəyəm. Polisər mənə zəng edib "Ata oldun" dedilər. B.H. hamilə olduğunu bilsəydi, mənə deyərdi. Ailələrimiz arasında hər hansı bir problem yoxdur" deyib.

Məhkəmə təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il baş verib.

Milli.Az