100 kilodan xilas olan məşhurlarımız - FOTO

18 May 2018 16:15

Azərbaycan şou-biznes nümayəndələrindən bəziləri tez-tez artıq çəki və əməliyyat xəbərləri ilə gündəmə gəlirlər. Düzgün bədən quruluşunu qorumaq isə çox vaxt o qədər də asan olmur. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onların bəzisinin çəkisi 100 kiloqramdan artıq olub. Arıqlayan məşhurların fotolarını təqdim edirik:

Aşıq Əli Tapdıqoğlu 35 kiloqram arıqlayıb.

Xalq artisti Aygün Kazımova tez-tez arıqlaması və kökəlməsi ilə gündəmə gəlir. Müğənni çox vaxt plastik əməliyyat vasitəsilə artıq çəkilərindən xilas olur. 

Emma Ələkbərzadə şou-biznesdə ən çox çəki atan məşhurlardandır. İllər əvvəl Emma ən kök müğənni idisə, indi ən arıq sənətçi olub.

Əməkdar artist Lalə Məmmdova da xeyli çəki atıb. Bir müddət əvvəl çox kökələn sənətçinin son günlər liposaksiya etdirdiyi deyilir.

Əməkdar artist Tünzalə Əliyeva son günlər xeyli çəki atıb. Buna səbəb isə aktrisanın mədəsini kəsdirməsidir.

Müğənni İlqarə Kazımova iki il bundan əvvəl anası Aygün Kazımovanın ad günündə hər kəsi sözün əsl mənasında şok etmişdi. Onun çox kökəlməsi günlərlə gündəmdən düşmədi. Bu yaxınlarda isə İlqarə arıqlamağı ilə gündəmə gəlib.

Əməkdar artist Nahidə Orucova da mədəkiçiltmə əməliyyatı ilə artıq çəkidən xilas olanlardandır.

Aparıcı Nəsib Nur son günlər arıqlığı ilə dillərdən düşmür. Nəsibin plastik əməliyyat etdirdiyi deyilsə də, o, pəhrizlə arıqladığını bildirib.

Müğənni Aygün Mahmudova da üçüncü dəfə ana olduqdan sonra xeyli çəki almışdı. Son günlər isə sənətçi pəhrizlə həmin artıq çəkidən xilas olub.

Milli.Az