Mağazada işçilərin başına butulka çırpıb pul tələb edən şəxs tutuldu

18 May 2018 12:55

Aprelin 22-də Şirvan Şəhər Polis Şöbəsinə həmin gün saat 19 radələrində T.İsmayılov küçəsində yerləşən marketlərin birində naməlum şəxsin 2 işçinin baş nahiyəsinə şüşə qabla xəsarət yetirib pul verməsini tələb etməsi, səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxdığı barədə müraciət daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və qısa müddətdə cinayətin şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Şirinov tərəfindən törədilməsi müəyyən edilib.       

Görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən V.Şirinov Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-yə təhvil verilib.

Pünhan Mirzə
Milli.Az