Sumqayıtda ikimərtəbəli binada yanğın

18 May 2018 12:51

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Milli.Az xeberle.com-a istinadən xəbər verir ki, hadisə gecə saat 4-5 radələrində, 21-ci məhəllə, bina 33/14a ünvanında qeydə alınıb. Belə ki, ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 6 m2 sahədə yanıb.

Həmçinin yüksək temperaturdan evin dəhlizinin lambirdən ibarət 10 m2 sahədə tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edək ki, yanğının qarşısı yanğın bölmələri tərəfindən alınıb.

Milli.Az