Araz Abdullayev Kipr klubundan rəsmən ayrıldı

18 May 2018 10:48

"Anortosis"də gözlənilən ayrılıq rəsmiləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, kiprlilər milli komandamızın yarımmüdafiəçisi Araz Abdullayevlə yollarını ayırdığını bəyan edib.

Belə ki, Famaqusta təmsilçisi icarədə olan iki oyunçu ilə vidalaşıb. Araz müqavilə ilə məxsus olduğu "Qəbələ"yə, hücumçu Nikolas Matteu isə PAOK-a qayıdıb.

Qeyd edək ki, Araz Abdullayev geridə qalan mövsüm "Anortosis"in heyətində 30 oyun keçirib, 3 qola imza atıb.

Milli.Az