ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşub, çox sayda yaralanan var

18 May 2018 08:59

ABŞ-ın Nyu-Cersi ştatında məktəb avtobusu yük maşını ilə toqquşub.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 10 nəfər xəsarət alıb. Xəsarət alanların və qəza zamanı avtobusda olanların dəqiq sayı bildirilmir.

Məlumata əsasən, hazırda toqquşmanın səbəbi araşdırılır.

Milli.Az