Putin Soçidə Bəşər Əsədlə görüşüb

17 May 2018 22:54

Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Milli.Az "Report"a istinadən bildirir ki,bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu gün Soçidə Rusiya prezidenti Putinin Suriya Ərəb Respublikasının rəhbəri Bəşər Əsədlə danışıqları baş tutub. Əsəd Soçiyə işgüzar səfərə gəlib", - deyə Peskov bildirib.

Milli.Az