Həmsədrlər Ermənistana gələcək

17 May 2018 22:13

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) gələn ay Ermənistana səfər edəcəklər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.

"Həmsədrlər iyun ayında Ermənistana səfər edəcəklər. Aydındır ki, Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər", - deyə o vurğulayıb.

Ehtimal olunur ki, vasitəçilər iyunda Ermənistanla yanaşı, Azərbaycana da səfər edəcəklər.

Milli.Az