Everestdə rusiyalı alpinist həlak olub - FOTO

17 May 2018 21:49

Everest zirvəsini fəth etməyə çalışan Başqırdıstandan olan alpinist Rüstəm Əmirov dağa dırmanan zaman həlak olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Buna qədər Elbrus, Lenin və Xan-Tenqri kimi zirvələrə qalmış Ufalı alpinistin soyuqdəymədən öldüyü bildirilir.

Səyahətin gedişatını sosial şəbəkədə şərh edən Əmirov sonuncu dəfə mayın 13-də "Instagram"da məlumat paylaşıb.  Məlumatda  o, zirvəyə dırmanmaq üçün həlledici mərhələyə qədəm qoyduğunu bildirmişdi.

Alpinistin həyat yoldaşı, Əmirovun nəşinin Rusiyaya göndərilməyəcəyini və Himalayda dəfn olunacağını açıqlayıb.

Milli.Az