Argentina Futbol Federasiyası ruslardan üzr istədi

17 May 2018 17:39

Argentina Futbol Federasiyası (AFA) rus qadınlardan üzr istəyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunun səbəbi 2018-ci il dünya çempionatı üçün hazırlanan kitabçada yerli qadınları necə yoldan çıxarmaq bölməsinin yer almasıdır.

"İlk olaraq, onlara dəyər verin. Rus qızları istifadə olunmağı sevmirlər və kişilərin narahatçılıq yaratmasını istəməzlər. Onlardan seks barədə soruşmayın. Bu, ruslar üçün xüsusi bir şeydir və hər kəsin içində belə sual vermirlər. Orda çox sayda gözəl qadın var, hamısı sizin üçün deyil. Seçici olun" - kitabçada yazılıb.

AFA bunu çapda yol verilən səhv kimi qiymətləndirib. Ölkə prezidenti Klaudio Tapia isə Rusiya səfirini ziyarət edib və ondan üzr istəyib.

Milli.Az