Kambiasso dünya çempionatına yollana bilər

17 May 2018 17:24

Yaxın keçmişin tanınmış futbolçusu Esteban Kambiasso 2018-ci il dünya çempionatında Kolumbiya millisinin məşqçilər korpusunda yer ala bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kolumbiya millisinə hazırda yəhudi əsilli argentinalı Xose Pekerman rəhbərlik edir. Komanda dünya çempionatında Yaponiya, Polşa və Seneqalla eyni qrupda yer alır.

Kambiasso futbolçu karyerasını 2017-ci ilin sentyabrında nöqtələyib. O, klub səviyyəsində "Real", "İndependiente", "River Pleyt", "İnter", "Lester Siti" və "Olimpiakos"un şərəfini qoruyub.

Milli.Az