Qəbirdə dirilən adamlar, yaxud zombilər necə kino ulduzu oldular?

17 May 2018 22:25

Milli.Az lent.az-a istinadən zombilər haqqında faktları təqdim edir.

Zombi nədir?

Zombilər fövqəl-təbii qüvvələr hesab olunurlar, öləndən sonra dirilib dünyaya geri qayıdan adamlara zombi deyirlər. Zombilər danışa bilmirlər, beyinsizdirlər, daha çox kütlə halında hərəkət edirlər. Cüzamlı xəstələrə bənzəyir, nə qədər yesələr də doymaq bilmirlər.

Zombilərin dünyaya yayılması

Zombi anlayışı ilk dəfə Karib dənizi hövzəsindəki adalarda ortaya çıxıb. Karib hövzəsi sakinləri arasında zombi haqqında əfsanələr geniş yayılıb. Zombi anlayışının dünyaya yayılmasında 40 il fasilə ilə çap edilən iki səyahət kitabının xüsusi rolu var.

Jurnalist Lafkadio Hörn

1887-ci ildə Karib hövzəsindəki Martinikada 2 il qalan Hörn buralar haqqında yazılar yazır. Bu yazılardan birində belə bir qeydlər vardı: "Gecə qaranlığı özü ilə bərabər bəzi adamlarda dəhşətə salan qeyri-müəyyənliklər və illüziyalar gətirir. Axşamüstü saatlarında belə - şəhərin arxa tərəflərindəki bulvarların ən boş olduğu saatlar - zombilərin özlərini təkbaşına gəzənlərə göstərəcəyinə inananlar var."

Jurnalist Uilya Sibruk

40 il sonra ABŞ-lı jurnalist Martinikaya deyil, Haitiyə gedir. Sibrukun iddiasına görə zombi sözünü Haitidən Amerikaya məhz o, gətirib. "Qamış tarlalarında çalışan ölülər" kitabında zombi haqqında bunları deyir: "Deyilənə görə zombi ruhu olmayan insan cəsədidir. Məzardan çıxarılan cəsədlər sehr vasitəsi ilə mexaniki həyata qovuşurlar. Əsasən ev və təsərrüfat işlərində ağır işlər dalınca ora-bura qaçırlar, tənbəllik etdikləri zaman isə dilsiz heyvan kimi döyülürlər."

Haitinin işğalı və Amerikan zombisi

Haitinin 1915-ci ildə işğalı Karaib hövzəsi zombisinin Amerikan zombisinə çevrilməsinə gətirib çıxardı. Tarlalarda ağır şəraitdə çalışan işçilər "yaşayan ölülər"ə bənzədilirdi. İşçilərin əldən düşməsinin və ayaqlarını sürümələrinin səbəbi isə ayaqlarının zəncirlənməsi və ya qulların enerji xərcləmək üçün özlərindən uydurduqları hərəkət şəkli ola bilər.

Zombilərlə dolu Haiti

Amerikanın Haitini işğalı zamanı belə bir fikir yayılmışdı ki, guya ada zombilərlə doludur. 1935-ci ildə Nyu-Yorkda çap olunan "Voodoo Fire in Haiti" ("Haitidə Vudu Atəşi") adlı kitabda yer alan yazılardan biri belədir: "Vudu güclüdür, ölümdən belə güclüdür. Papaloi ölüləri dirildə bilir."

Zombinin ədəbiyyatda doğuşu

Zombi mövzusu ilk dəfə ABŞ-da çap olunan ucuz romanların mövzusuna çevrildi. Bu, qısa və melodramik kitablar Frank Munseyin 1894-cü ildə çıxan aylıq jurnalı "The Argosy" ilə populyarlaşdı.

İlk filmlər

1931-ci ildə çəkilən "Drakula" və 9 ay sonra çəkilən "Frankşteyn" filmlərinin sensasion uğuru bundan sonra xeyli sayda "qəribə" filmlərin çəkilməsinə rəvac verdi. Və 1932-ci ildən başlayaraq bu filmlərə "qorxu" filmləri deyilməyə başlanıldı. Bundan sonra Uilyam Sibrukun yazdığı "Sehirli ada" əsəri əsasında 1932-ci ildə "Ağ zombi" filmi çəkildi. Film 11 günə və 100 milyon dollarlıq büdcə ilə çəkilmişdi.

1915-ci ildən kütləviləşən zombilər

1945-ci ildən sonra zombilər haqqında təsəvvürlər dəyişildi. Əgər onlar əvvəllər təkbaşına dolaşan və ya hər hansı bir sahibkarın tabeçiliyində olan qullar kimi təqdim edilirdilərsə bu vaxtdan başlayaraq qələbəlik sürülər şəklində dolaşan varlıqlar kimi görünməyə başladılar. Kinoda getdikcə zombi fiquru daha da populyarlaşmağa başladı. Əvvəllər yalnız Karib dənizi hövzəsində məlum olan zombi adı artıq Amerikanın mərkəzində "məskunlaşmağa" başladı.

Qloballaşan zombi

Son 15 ildə zombi qavramı özünün pik nöqtəsinə çatdı. Bu illər ərzində zombi anlayışında və onun xüsusiyyətləri ilə bağlı xeyli dəyişikliklər oldu. Bu dəyişikliklərin birincisi 2001-ci ildə baş verdi. Həmən il Sakramentoda zombi yerişi ilə parad yürüş keçirildi. Minlərlə insan küçəyə çxııb zombilər kimi yeriməyə başladılar. 2001-ci ildən başlayaraq dünyanın müxtəlif şəhərlərində hər il zombi yürüşləri keçirilir.

Qloballaşmanı anlamaq

Bəlkə də zombi insanları ağır fiziki əməyə məruz qoyaraq canlı bədənlərdən ölüyə çevirən kapitalist sistemə etirazın simvoludur. Bu baxımdan Romeronun "Ölülər ölkəsi" qorxu filmi yox, yeni bir sosioloji gerçəklik formasıdır. Zombi anlayışının formalaşmasında Corc Andreu Romeronun filminin böyük rolu oldu. "Gəzən ölü" serialı isə zombi anlayışının daha da adiləşməsinə gətirib çıxardı. Serial 120-dən çox ölkədə, 30 dildə yayımlandı.

Video oyunları

1996-cı ildə yapon kompüter dizayneri Şinjii Mikami Romeroun zombi filmlərindən təsirlənərək "Biohazard" adında oyun yaratdı. Daha sonra oyun Yaponiyadan kənarda "Resident Evil" adıyla satışa çıxarıldı. "Resident Evil" 1992-ci ildə bazara çıxarılan "Alone in the Dark" la birlikdə yeni bir oyun növünü yaratdı. Bu video oyunlar kino sektoruna da təsir etdi, onlar haqqında yeni filmlər çəkilməyə başlandı.

Milli.Az