Fabreqas 43 yaşlı xanımla evləndi - FOTO

17 May 2018 16:43

"Çesli"nin ulduz futbolçusu Sesk Fabreqas evlənib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz oyunçu Danielle Semaanla ailə həyatı qurub. 31 yaşlı yarımmüdafiəçinin xanımı özündən 12 yaş böyükdür.

Qeyd edək ki, cütlüyün 3 övladı var. Bundan başqa Semaanın liviyalı milyarder Eli Taktukla ilk evliliyindən uşaqları var.

Milli.Az