Buffon "Yuventus"la vidalaşacağını açıqladı

17 May 2018 20:06

İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon A Seriyasının son turunda "Verona" ilə oyundan sonra klubu ilə vidalaşacaq. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 40 yaşlı qolkiperin özü keçirdiyi mətbuat konfransında açıqlama verib. O gözəl səyahətinin yekununa yetişdiyini bildirib: "Bu səyahət boyunca həqiqətən də qayğıma qalan insanlarla birgə olmaq xoşbəxtliyi mənə nəsib oldu. Bunu hər gün hiss etdim və onların sevgisi üzündən var gücümlə mübarizə apardım".  

Buffon hələlik karyerası ilə bağlı qərar vermədiyini də əlavə edib: "Mənim üçün "Yuventus" böyük ailədir və ailənin bir hissəsi olmaq böyük şərəfdir. Bir neçə maraqlı təklif almışam. Lakin gələn həftəyədək gözləyin. Karyeramı davam etdirsəm, bu, böyük hədəflərə can atmağım demək olacaq".  

Qeyd edək ki, "Yuventus" "Verona" ilə mayın 19-da evdə üz-üzə gələcək. Canluici Buffonun karyerasını İngiltərə "Liverpul"unda davam etdirəcəyi bildirilir. 

Milli.Az