Pərvin Abıyeva türkiyəli məşhurun klipinə çəkilir - FOTO

17 May 2018 17:19

Tanınmış aktrisa Pərvin Abıyeva Türkiyədə klipə çəkilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin məşhur musiqiçisi Tarık Sezerin orkestrinə çəkilən ekran işini rejissor Teoman Topçu ərsəyə gətirir.

Klipdə Abıyeva ilə bərabər, bir neçə türk aktyor da rol alacaq.

Qeyd edək ki, Tarık Sezer orkestri Azərbaycan tamaşaçısına "O Ses Türkiye" layihəsindən tanışdır.

Milli.Az