Bakının mərkəzində cinsi azlıqların bayrağı qaldırıldı – FOTO

17 May 2018 15:53

Bakıda cinsi azlıq nümayəndələrinin LGBT təşkilatının bayrağı asılıb. Bayraq Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin binası önündə dalğalanır. 

Milli.Az xəbər verir ki, oxu.az bununla bağlı səfirliyin rəsmi "Facebook" hesabına istinadla məlumat yayıb. 

"Bu gün homofobiya, bifobiya və transfobiya ilə mübarizə günüdür. Böyük Britaniya LGBT nümayəndələrinin bərabərliyi ilə bağlı məğrur təcrübəyə malikdir və cinsi azlıqlara ayrıseçkiliyin qarşısının alınması üçün dünyada ən güclü qanunvericilik bazalarının birinə malikdir", - Britaniya səfirliyinin məlumatında deyilir. 

Səfirliyin açıqlaması bir çox azərbaycanlı sosial şəbəkə istifadəçilərində narazılıq yaradıb. 

Milli.Az