Vüsal Qasımlı: "Blokçeyn texnologiyası banklararası əməliyyatları asanlaşdıracaq"

17 May 2018 14:31

Blokçeyn texnologiyası Azərbaycan bankları arasındakı əməliyyatları əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyuta və təhlükəsizlik" konfransı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi zaman keçdikdə klirinq əməliyyatlarından imtina etməyə imkan verəcək və banklararası əməliyyatları daha da asanlaşdıracaq:

"Bu cür yanaşma Hindistan və İrlandiya banklarında tətbiq olunur. Bu, klirinq sisteminə alternativ ola bilər. Blokçeyn texnologiyasının tətbiq banklararası əməliyyatlarda yeni səviyyəyə keçidi ifadə edir. Bu baxımdan hesab edirəm ki, bu texnologiyanın tətbiqini təhlil etmək və banklararası əməliyyatlarda istifadə etmək lazımdır".

Milli.Az