Qabi "Qarabağ"la oyundan sonra dediyi sözləri geri götürdü

17 May 2018 14:42

İndi mən Avropa Liqası ilə bağlı dediyim sözləri geri götürməliyəm.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri  Avropa Liqasının finalında "Marsel"i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra "Bein Sports"a açıqlamasında "Atletiko"nun kapitanı Qabi deyib.

İspan futbolçu ötən ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la Madriddə 1:1 hesablı heç-heçədən sonra Avroliqa  haqda səsləndirdiyi təhqiredici ifadə ilə bağlı bunları söyləyib:

"Avroliqa barədə "it nəcisi" ifadəmə gəldikdə, bunu dediyim vaxt komandamız üçün çətin an idi. Emosiyalarımı cilovlaya bilmədim. İndi isə öz sözlərimi udmalıyam".

Finalda "Marsel" üzərində böyükhesablı qələbə barədə də danışan Qabi önəmli uğura imza atdıqlarını bildirib: "Bu kubok bizə çox şey verdi. Oyunu necə nə zaman "öldürməli" olduğumuzu yaxşı bilirik. Biz göstərdik Avropanın ən yaxşı komandalarından biriyik".

Qeyd edək ki, "Marsel"lə oyunda "Atletiko"nun sonuncu - 3-cü qoluna məhz Qabi imza atıb.

Milli.Az