Bakıda OĞURLUQ: Ödəmə aparatını kəsib, pulu apardılar - FOTO

17 May 2018 13:43

Bakıda daha bir oğurluq hadisəsi baş verib.

Milli.Az femida.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu,Əbdürrəhim Bəy Haqverdiyev küçəsində yerləşən dayanacaqda baş verib.Gecə saatlarında ödəmə terminalına müdaxilə edən naməlum şəxs (yaxud şəxslər) pulları aparıb.Hadisə zamanı ödəmə aparatına ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları gəlib və araşdırma başlanılıb.

Milli.Az