Qarabağ problemi Rusiyanın «Don» jurnalında
31 Mart 2010 14:32
8 kitab, 100-ə yaxın hekayə və romanların müəllifi Kamil Əfsəroğlunun dərgidə 4 hekayəsi dərc olunub. Rusiya ədəbi mühitində öz çəkisi ilə seçilən "Don" jurnalının ikinci nömrəsində həmyerlimizin "Qan Qoxusu", "Soyuq ocaq", "Kor tamaşaçılar" və "Ülgüc" hekayələri maraq doğurub.
Xatırladaq ki, bu jurnal 1924-cü ildən nəşr olunur. Rusiyanın tanınmış söz sahiblərinin yetişməsində jurnalın böyük rolu olub. Həmyerlimizin dərc etdirdiyi bu əsərlərin mövzusu da çox aktualdır. Burada Qarabağ müharibəsi və insan taleyinin maraqlı məqamları əks olunub.
Xatırladaq ki, Kamil Əfsəroğlunun bundan öncə də bir neçə əsəri " Don" jurnalında işıq üzü görüb. Yaradıcılığa 70-ci illərin əvvəllərindən başlayan Kamil Əfsəroğlunun əsərləri bir-neçə xarici dildə də çap edilib. Onun qələmi Türkiyə oxucularına da yaxşı bəllidir. Müəllifin yaxın günlərdə "Kor tamaşaçılar" kitabı Türkiyə Ədəbiyyat Vəqfi tərəfindən nəşr olunub.
Xədicə
Milli.Az