Azərbaycanda nağdsız hesablaşmalara keçid üzrə yeni proqram qəbul olunacaq - FOTO

17 May 2018 11:04

Azərbaycan Mərkəzi Bankı nağdsız hesablaşmalara keçid üzrə yeni proqramı reallaşdırmağı nəzərdə tutur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökumətində bu proqrama baxılır.

Milli.Az