Özbəkistana sel gəldi, 5 nəfəri apardı

17 May 2018 10:59

Özbəkistanın Kaşkadarin vilayətində sel 5 nəfərin həyatına son qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Sel son günlər yağan güclü yağışlar nəticəsində baş verib.

Bir neçə gündür davam edən aramsız yağışlar və yaranmış selin təqribən 100 evi dağıtdığı bildirilir. Hazırda dəymiş ziyanın ümumi məbləğı hesablanır.

Milli.Az