"Heç olmasa bu ay günahlarımızı azaldaq” - Oksana

17 May 2018 10:45

Rəqqasə Oksana Rəsulovanın suni mayalanma ilə hamilə qalması artıq bir neçə gündür gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi məsələ ilə bağlı ona zəng vuranlara isə cavab vermir.  Sosial şəbəkədə də Rəsulova ilə bağlı bir çox tənqidi şərhlər yazılıb. Oksana sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

"Aylar şahı Ramazan xoş gəlir. Bütün oruc tutub, dua edən insanları təbrik edirəm. Bu ayda əllərimi açıb Allaha yalvaracam: ya Rəbbim, imansız, dinsiz insanlara, ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Quranı dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarını fikirləşməyənlərə, kiminsə haqqına girib, haqq yeyənlərə, cadu edib günah qazananlara ibadət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl, hidayət ver. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq günahlarımızı azaldaq".

Milli.Az