"Marsel" fanatları şəhərə divan tutmaq istədilər - FOTO

17 May 2018 11:54

Avropa Liqasının finalında Madrid Atletikosu ilə "Marsel" arasında Fransanın Lion şəhərində oynanmış matçdan sonra iğtişaşlar yaşanıb.

Milli.Az European-a istinadən bildirir ki, "Marsel"in 3:0 hesabla uduzması marsellilərin "Gangs of Marseille" fanat qruplaşmasını çılğına döndərib.

Onlar matçın oynandığı "Groupama Stadium"u tərk edəndən sonra Lion küçələrində kütləvi davalara, toqquşmalara və hücumlara başlayıblar.

Polislə toqquşmalarda onlarla fanat saxlanılıb, bir neçə nəfər yaralanıb.

Şəhərin Port-Veys səmtində fanatların xuliqanlığı daha şiddətli və genişmiqyaslı olub.

Fanatlar onlarla dükana hücum çəkiblər, 8 avtomobili yandırıblar.

Milli.Az