""Cənub Qaz Dəhlizi" Avropanın enerji sektorunda innovasiyalara qiymətli töhfə verəcək" - Britaniya Energetika Departamenti

17 May 2018 08:18

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji sektorunda innovasiyalara qiymətli töhfə verəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Böyük Britaniyanın Biznes, energetika və sənaye strategiyası məsələləri Departamentindən bildiriblər.

Məlumatda qeyd olunur: "Enerji təhlükəsizliyi Böyük Britaniya üçün əsas prioritetdir və biz "Cənub Qaz Dəhlizi" də daxil olmaqla Avropa bazarında diversifikasiyanın və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə layihələri dəstəkləməyə davam edəcəyik. Hesab edirik ki, bu layihə təkcə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına deyil, həm də bütün regionun enerji sektorunda innovasiyalara qiymətli töhfə verəcək".

Qeyd edək ki, dəyəri 40 milyarddan çox olan "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritet layihələrdən biridir və 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Milli.Az