Yemək festivalı İçərişəhərə qayıdır - FOTO

17 May 2018 08:43

Baku Street Food Festival və Sweet November festivalların uğurundan sonra, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə, Meal For Real kulinar platforması yeni layihə Summer Food Fest ilə qayıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, festival 15 iyunda başlayır və 1 iyul tarixinə qədər davam edəcək. Paytaxtımızın 20-dən çox restoran və kafesi sevdiyiniz yeməklərdən əlavə, tədbirə uyğun xüsusi menyuları təqdim edəcəklər.

Qastronomik bayram İçərişəhərin Qoşa Qala ərazisində keçiriləcək. Hər gün saat 11:00-dan 23:00-a qədər davam edəcək festival, qurmanlar üçün maraqlı proqram ilə təşkil olunacaq: müxtəlif viktorinalar, master klaslar, uşaqlar üçün əyləncə, atmosferə uyğun musiqi və DJ setləri.

Festivala giriş pulsuzdur, belə ki qonaqlar aşpazların hazırladığı dünya mətbəxinin yeməklərini dadmağa əla fürsət qazanacaqlar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az