Serbiyada idman təyyarəsi qəzaya uğrayıb: 2 nəfər ölüb

17 May 2018 08:23

Serbiyada idman təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxt Belqrad yaxınlığında baş verib, nəticədə 2 nəfər ölüb.

"Kişi və qadın yüngül təyyarənin Zemun-Poledə qəzaya uğraması nəticəsində həlak olublar. Təcili tibbi yardım belə qərara gəlib ki, təyyarə "13 may" aerodromu yaxınlığında düşüb", deyə Serbiya Milli televiziyasının məlumatında bildirilir.

Milli.Az