ABŞ-da silahlı insident baş verib, azı 5 nəfər ölüb

16 May 2018 23:25

ABŞ-ın Ponder şəhərində (Texas ştatı) silahlı insident baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, naməlum silahlı fərdi evdə azı 5 nəfəri güllələyərək öldürüb, daha 1 nəfər yaralanıb.

İlkin məlumata görə silahlı evə qarət məqsədi ilə daxil olub.

Milli.Az