Azərbaycanda maraqlı toy - VİDEO

16 May 2018 22:58

Göyçay rayonunda 65 il əvvəl ailə quran nənə və baba üçün Beynəlxalq Ailə Günü münasibətilə toy mərasimi təşkil edilib. Milli.Az bildirir ki, Yenikənd kəndində yaşayan Vəli Məmmədovla Tovuz Məmmədova 1953-cü ildə ailə qursalar da, onlar üçün toy musiqisi indi çalınıb.

1953-cü ildəVəlli Məmmədovla ailə quran Tovuz Məmmədovanın övladları, nəvələri, qohumları, Göyçay rayon icra hakimiyyətinin və qeydiyyqt şöbəsinin nümayəndələri yaşlı və nümunəvi ailə başçılarınıtəbrik üçün onların yaşdıqları evə yığışıblar.

İxtisasca müəllim olan Vəli baba deyir ki, ailəni uzun ömürlü etmək üçün ilk olaraq tərəflər bir-birini başa düşməlidir.

Tovuz nənə deyir ki, hazırdagənc ailələrdə uşaqların sayı az olur.Amma 50 il əvvələ baxsaq hər ailədə azı 4-5 övlad böyütmək mümkün idi.

Artıq 65 ildir ki, bir yerdə xoşbəxt ömür sürən Vəli baba və Tovuz nənə rayonda bir çox ailələrə nümunə göstərilir. Məmmədovlar ailəsinin 8 övladı, 20 nəvəsi və 10 nəticəsi var. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda maraqlı toy - 16.05.2018