Futbolçuları döyən azarkeşlər həbs olundular - FOTO

16 May 2018 20:07

Portuqaliyanın "Sportinq" klubunun bazasına hücum edərək futbolçuları və baş məşqçi Jorje Jezuşu döyən azarkeşlərin bir qismi saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bazaya soxulan 50-yə yaxın fanatdan 21 nəfər tutulub.

Qeyd edək ki, Portuqaliya çempionatının son turunda səfərdə "Maritimu"ya məğlub olaraq liqanı 3-cü pillədə tamamlayan "Sportinq" Çempionlar Liqasına qatılmaq şansını itirib. Vəziyyəti qəbul edə bilməyən əsəbi azarkeşlər klubun bazasına hücum ediblər.

50-yə yaxın çılğın fanat bazada baş məşqçi Jorje Jezus, futbolçulardan Uilyam Karvalyo, Ruy Patrisio, Bas Dost, Rodriqo Battaqliyaya xəsarət yetiriblər. Hollandiya futbolçu Bas Dostun başı yarılıb və xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra Lissabon klubunun futbolçuları ölkə kubokunun finalında "Aveş"lə görüşə çıxmaq istəmirlər.

Milli.Az