İraqda hücum: ölən və yaralananlar var

16 May 2018 17:57

İraqın şimalındakı ət-Tarmiyə şəhərində baş vermiş terror hücumu nəticəsində azı 2 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, üzərinə partlayıcı maddə bağlamış intiharçı matəm karvanına hücum etməyə çalışıb.

Təhlükəsizlik qüvvələri intiharçını zərərsizləşdirərək hücumun qarşısını ala bilib. Hadisə zamanı daha 4 nəfər yaralanıb.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Milli.Az