Vergilər Nazirliyinin rəhbərliyində dəyişikliklər

16 May 2018 17:25

Vergilər Nazirliyinin aparatına yeni rəhbər təyin olunub.

Milli.Az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, bu vəzifəyə Nazim Səmədov təyin edilib.

Daha əvvəl N.Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsində işləyib.

Nazim Səmədov bu vəzifədə Nigar Alimovanı əvəz edib. N.Alimova yeni yaradılmış Katiblik departamentinin rəhbəri təyin olunub.

Milli.Az