“İstədim qaldırıb tullayım, vurdu” - 29 yaşlı qadını ilan sancdı - VİDEO - FOTO

16 May 2018 20:06

Tovuzda qadını ilan sancıb. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Qovlar sakini, 29 yaşlı Esmira Qasımova sol ayağının ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Qadın əkin sahəsində işləyən zaman ilan onu sancıb.

Esmira Qasımova - zərərçəkən: "Ayağıma dolandı. İstədim qaldırım tullayım, ayağımı vurdu".

Bu, son bir ay ərzində Tovuzda üçüncü ilan sancması hadisəsidir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İlanin hucumuna meruz qalan qadin danisdi