"Maradona zamanın əksər hissəsini Brestdə keçirəcək"

16 May 2018 20:38

"Dinamo Brest"in Diyeqo Maradonanı İdarə heyətinin sədri seçdiyini xəbər vermişdik. Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Olqa Xijinkova bu məsələ barədə yerli mətbuata açıqlamasında danışıb.

"Biz Maradonanın baş məşqçi təyin olunacağı ilə bağlı xəbər yaymamışıq. Onun Brestə gəlməsinin doğurduğu səs-küyün arxasında deyilik. Biz şaiyələrlə yox, konkret işlə gündəmə gəlirik.

İnformasiya bizdən yox, agentlərdən sızıb. Söz-söhbətlər yayıldı və nəticədə Maradonanın baş məşqçi olacağı fikri formalaşdı. Gördüyünüz kimi belə deyil. Diyeqo vəzifəsinin icrasına dünya çempionatından sonra başlayacaq. Mundialda o, Venesuela televiziyasının şərhçisi kimi çalışacaq. Daha sonra prezident seçkilərində Nikolas Maduronu dəstəkləmək üçün Venesuelaya gedəcək. Bundan sonra qısa müddət vətəninə yollanacaq. Mayın 21-də BƏƏ-də mətbuat konfransı keçirəcəyik.

Diyeqoya artıq yaşayış yeri axtarırıq. Planlaşdırılır ki, Maradona zamanın əksər hissəsini Brestdə keçirəcək. Yeri gəlmişkən, müqavilə imzalanan kimi Maradona Belarusa gəlib komanda, klub və şəhərlə tanış olmaq istədi.

Maradona Belarus, əsasən Brest şəhərinin futboluna fayda gətirəcək? Məncə, cavab aydındır".

Milli.Az