10 ildir özünü oğlan kimi təqdim edir - FOTO

16 May 2018 22:26

Əfqanıstanda yaşayan 18 yaşlı Sitarə Vəfadar 10 ildir kişi paltarı geyinir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, hər gün səhər saat 6-da kişi paltarı geyinib, özünü oğlan kimi təqdib edib çalışır. Sitarə bu pulla ailəsini saxlamaq məcburiyyətində olduğunu söyləyib. 

O, kərpic zavodunda çalışır. Buna səbəb isə əfqan qanunlarına görə, qadının çalışmasına və ailəsini saxlamasına icazə olmamasıdır. Sitarənin ailəsinin isə 6 qız övladı var. Onların oğlu olmadığı üçün çalışanları da yoxdur. 

Əfqanıstanda hər kəs qızı "baça-poş" (oğlan kimi geyinən) adlandırır.

Milli.Az