Qüdsdə daha bir ölkənin səfirliyi açıldı

16 May 2018 12:47

Daha bir ölkənin İsraildəki səfirliyi Tel-Əvivdən Qüdsə köçürülüb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, ABŞ-dan sonra Qvatemalanın da Qüds şəhərində səfirliyi açılıb. Açılışda İsrailin baş naziri Benyamin Netanyahu və Qvatemalanın prezidenti Cimmi Morales iştirak edib.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 61 fələstinli ölüb, 2700-ü yaralanıb.

Bəxtiyar Umarlı
Milli.Az