Altay diyarı Azərbaycana aqrotexnika satacaq - FOTO

16 May 2018 13:12

Rusiyanın Altay diyarının müəssisələri Azərbaycana ərzaq, kənd təsərrüfatı texnikası və xüsusi avadanlığın tədarükünün artırılmasında maraqlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Altay diyarının baş nazirinin müavini Viktor Meşeryakov Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov və ticarət nümayəndəsi Eldar Tlyabiçovla görüşü zamanı bildirib.

V.Meşeryakov bildirib ki, hazırda Altay diyarının xarici ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edir ki, bundan cəmi 8,5 milyonu, yəni 0,21 faizi Azərbaycanın payına düşür.

Onun sözlərinə görə, tərkibində 28 müəssisənin çalışdığı Altay kənd təsərrüfatı maşınqayırması klasteri Azərbaycanın aqrar sektoru üçün müasir texnika tədarük etməyə hazırdır.

Milli.Az