Adi cins şalvarla hər kəsin paxıllıq edə biləcəyi 15 kombin - FOTO

21 Aprel 2019 19:50

Köhnə və yaxşı cins şalvarları yeni şəkildə təqdim etmək olar. Bundan ötrü qarderoba bir neçə cəlbedici aksessuar, zərif köynək, çanta və ayaqqabılar əlavə etmək lazım gələcək. Onlar boz kütlənin fonunda sizə seçilmək imkanı verəcək. Həmçinin seksual və cəsarətli elementlərə, zəngin rənglərə və printlərə üstünlük verməyi unutmayın.

Milli.Az bu yazıda oxucuları cins şalvarları hər kəsin paxıllıq edə biləcəyi tərzdə kombin etməyin yollarını izah edir.

1. Zolaqlı xalat donlar müəyyən üslubda bürüncək funksiyasını yerinə yetirə bilər. Üstəlik sadə deyil, axı o bütün obrazı dəyişir. Yalnız düzgün seçilmiş çanta və qeyri-adi bəzəklər əlavə etmək qalır.

2. Print seçiminə xüsusi diqqət yetirin. Əgər siz parlaq gül motivləri geyinməyə hazır deyilsinizsə və abstraksiyanı anlamırsınızsa, onda xallı printlər sizin üçün ideal seçim olacaq.

3. Ənənəvi üst geyimi əvəzinə nazik sviter və ona uyğun həcmli jaket seçin.

4. Cins şalvarı siz vacib tədbirlərə və dəvətlərə də geyinə bilərsiniz, lakin bu zaman obraza nəciblik əlaməti sayılan tvid pencək və dikdaban ayaqqabı əlavə etmək lazım gələcək.

5. Xoşbəxtlikdən, bir neçə pastel tonlarını bir dəstdə birləşdirmək üçün dahi stilist olmağa gərək yoxdur. Açıq tonlar o qədər incədir ki, onlar bir imiclə mükəmməl şəkildə uzlaşır. Odur ki, bahar dəstələrində pastel tonlarını cəsarətlə istifadə edin.

6. Dediyimiz kimi bu mövsüm pastel rənglərə xüsusi yer verilib, yalnız tərzinizi bir rənglə məhdudlaşdırmaq olmaz. Maraqlı və parlaq dəst yaratmaq üçün boğuq ilə dolğun rəngləri uyğunlaşdırın.

7. Əgər rahatlıq sizin üçün birinci dərəcəli əhəmiyyətə malikdirsə, onda gündəlik obrazınızı pencək əvəzinə, həcmli jaketlə tamamlayın.

8. Hər bir modapərəstin obrazında mütləq cəlbedici hər hansı elementlər olmalıdır. Məsələn, keyfiyyətli bej plaş və orijinal dabanı olan bu ayaqqabı adi cins şalvarı və ağ köynəyi hər kəsin paxıllıq edəcəyi ideal obraza çevirə bilər.

9. Heyvan printləri moda aləmində böyük nüfuza malikdir. Cins şalvar, ağ köynək və bəbir naxışlı dikdaban geyinmək kifayətdir ki, cəlbedici görünəsiniz. Bu fənd daim işə yarayır.

10. Əgər işə bəbir naxışlı bluzda getməyə qərar vermisinizsə, digər geyim seçimlərində və aksessuarlarda daha təmkinli davranmaq lazım gələcək.

11. Bəbir naxışlı ayaqqabıları idman üslubunda da istifadə etmək olar. Məsələn, qara kapişonu krosovkalarla geyinmək çox bəsit və hamının bildiyi üsuldur. Amma belə dikdabanlarda daha cəsarətli qadın imicinə sahib olacaqsınız.

12. Zəngin rəng palitrası ilə harmoniya yaratmaq çətindir. Əvəzində parlaq tonlar pastel rənglərlə ahəng təşkil edir. Odur ki, bir parlaq rəngi istənilən pastel tonlarla qarışdırmaqdan qorxmayın.

13. Əsl modapərəst dəb qanunlarına meydan oxumaqdan qorxmaz. O, adi cins şalvarı hündürdaban ayaqqabı və repçi köynəyi geyinib, məmnuniyyətə istənilən dəvətə yollana bilər.

14. Artıq neçə mövsümdür ki, köhnə və nəcib damalı pencəklər qarderobun dəyişməz simasıdır. Dinamik print kejual geyim formatı ilə əla və rəsmi görünür.

15. Heç düşünmədən ideal bej plaşlara pul xərcləyin. Çünki o sizə sadəcə bir il xidmət göstərməyəcək, sadə və zəngin obrazların yaradılmasında əsl köməkçiniz olacaq. (publika.az)

Milli.Az