Maradona "Dinamo"nun prezidenti oldu

16 May 2018 12:35

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Belarusun "Dinamo Brest" klubunun idarə heyətinə sədr seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 1986-cı ilin dünya çempionu 3 illik müqaviləyə imza atıb. O, Dinamo-nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyada futbol üzrə dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.

Dinamo Belarus çempionatında 7 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb. Maradona isə mundiala Venesuelanın dövlət telekanalı "Telesur"un jurnalisti kimi qatılacaq. Onun baş məşqçi kimi son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fucayra" klubu olub.

Milli.Az