Mourinyo Bonuççini Mançesterə gətirmək istəyir

16 May 2018 12:23

"Milan"ın kapitanı Leonardo Bonuççi karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" italiyalı futbolçunun xidmətində maraqlıdı.

Xüsusilə də, baş məşqçi Joze Mourinyonun Bonuççini komandasında görmək istədiyi və bu barədə rəhbərliyə müraciət ünvanladığı bildirilir.

Leonardo Bonuççi ötən yay Massimiliano Alleqri ilə aralarında yaşanan gərginlik səbəbindən "Yuventus"dan ayrılmış və 42 milyon avro qarşılığında "Milan"a transfer olunmuşdu.

Daha öncə, "Çelsi" və "Real"dan təkliflər olmasına baxmayaraq, Bonuççi oğlunun sağlamlıq problemlərinə görə İtaliyadan ayrılmamaq qərarına gəlmişdi.

Milli.Az